...

Azərbaycan Madriddə "Fitur" beynəlxalq turizm sərgisində təmsil olunur

Turizm Materials 18 Yanvar 2018 11:41 (UTC +04:00)
İspaniyanın paytaxtı Madriddə 38-ci dəfə keçirilən ənənəvi “Fitur-2018” beynəlxalq turizm sərgisi öz işinə başlayıb.
Azərbaycan Madriddə "Fitur" beynəlxalq turizm sərgisində təmsil olunur

Bakı. Trend:

İspaniyanın paytaxtı Madriddə 38-ci dəfə keçirilən ənənəvi “Fitur-2018” beynəlxalq turizm sərgisi öz işinə başlayıb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 17-dən 21-dək davam edəcək, 165 ölkədən, 10 mindən artıq şirkətin qatıldığı sərgidə Azərbaycan da iştirak edir.

Ölkəmizi bu sərgidə nazirliyin nümayəndə heyəti ilə bərabər 9 turizm şirkəti də təmsil edir. Onlar qurulan stendlər vasitəsilə sərgiyə gələn ziyarətçiləri Azərbaycanın turizm potensialı ilə tanış edir, müxtəlif ölkələrdən gəlmiş şirkət nümayəndələri ilə işgüzar görüşlər keçirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti