...

Turizmdə vergi güzəştlərinin tətbiqi ilə bağlı müəyyən məsələlər dövlət qurumları ilə razılaşdırılıb - Agentlik

Turizm Materials 29 Noyabr 2019 11:17 (UTC +04:00)
Dövlət Turizm Agentliyi tərəfindən göstəriləcək elektron xidmətlərin qaydaları hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim olunub.
Turizmdə vergi güzəştlərinin tətbiqi ilə bağlı müəyyən məsələlər dövlət qurumları ilə razılaşdırılıb - Agentlik

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət Turizm Agentliyi tərəfindən göstəriləcək elektron xidmətlərin qaydaları hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim olunub.

Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Milli Turizm Sammitində çıxış edən zaman deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda həmin qaydaların təsdiq ediləcəyi gözlənilir.

K.Qasımov əlavə edib ki, vergi islahatları ilə bağlı turizm sənayesinin üzvləri üçün vergi güzəştlərinin tətbiqi ilə bağlı da müəyyən məsələlər dövlət qurumları ilə razılaşdırılıb: "Növbəti ildən etibarən turizm sənayesinin üzvləri fəaliyyətlərində hiss edəcəklər. Azərbaycanda turistlər üçün yardım mərkəzlərinin yaradılması ilə bağlı müzakirələr artıq yekunlaşıb. Gələn ildən bu məsələnin reallaşdırılmasına başlanılacaq. Yardım mərkəzləri “Vahid pəncərə” prinsipi ilə fəaliyyət göstərəcək və “qaynar xətt”ləri olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti