...

Azərbaycandan Türkiyəyə turist axını artıb

Turizm Materials 31 Dekabr 2019 21:15 (UTC +04:00)
Azərbaycandan Türkiyəyə 61,950 min turist səfər edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4,78 faiz çoxdur.
Azərbaycandan Türkiyəyə turist axını artıb

Bakı. Nərgiz Sadıxova - Trend:

2019-cu ilin noyabr ayında Azərbaycandan Türkiyəyə 61,950 min turist səfər edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4,78 faiz çoxdur.

Bu barədə Trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Məlumata əsasən, bu dövr ərzində Türkiyəyə gələn xarici vətəndaşların ümumi sayında Azərbaycan vətəndaşlarına düşən payı 2,89 faiz təşkil edib.

Qeyd edilib ki, 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə 842,057 min turist səfər edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4,89 faiz çoxdur.

2019-cu ilin yanvar-noyabr aylarında Türkiyəyə gələn xarici vətəndaşların ümumi sayında Azərbaycan vətəndaşlarının payı 1,96 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti