...

Yanvarda Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı açıqlanıb

Turizm Materials 25 Fevral 2020 19:28 (UTC +04:00)
2020-ci ilin yanvarında Azərbaycandan Türkiyəyə 54 788 turist səfər edib
Yanvarda Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı açıqlanıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci ilin yanvarında Azərbaycandan Türkiyəyə 54 788 turist səfər edib ki, bu da 2019-cu ilin yanvarı ilə müqayisədə 16,83 faiz çoxdur.

Bu barədə Trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 3,07 faiz təşkil edib.

2020-ci ilin yanvarında Türkiyəyə 1,787 milyon turist səfər edib ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 16,11 faiz çoxdur.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycandan Türkiyəyə 901 723 turist səfər edib ki, bu da 2018-ci illə müqayisədə 5,03 faiz çox olub. Bu dövr ərzində Türkiyəyə gələn xarici vətəndaşların ümumi sayında Azərbaycan vətəndaşlarının payı 2 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti