...

"Kolizey" yenidən ziyarətçiləri qəbul etməyə başladı

Turizm Materials 2 İyun 2020 07:35 (UTC +04:00)
"Kolizey" yenidən ziyarətçiləri qəbul etməyə başladı

Bakı. Trend:

İtaliyanın paytaxtı Romada yerləşən "Kolizey" arxeoloji kompleksi yenidən ziyarətçiləri qəbul etməyə başlayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, antik abidənin sahəsinin böyük və açıq havada olmasına baxmayaraq müdiriyyət ciddi təhlükəsizlik qaydaları tətbiq edib.

Əvvəlcədən bronlaşdırılmış biletlərlə gələn müsafirlərin girəcəkdə hərarətləri ölçüləcək. Kolizeyə hər 15 dəqiqədən bir 14 nəfər ziyarətçi buraxılacaq.

Biletin qiymətinə bələdçi servisi daxil edilib. Ekskursiya orta hesabla 45-60 dəqiqə davam edəcək. Bütün ziyarətçilər tibbi qoruyucu maska, bələdçi isə qoruyucu ekran taxmalıdırlar.

İlkin məlumata görə, Kolizey hər gün 600 nəfər qəbul edə biləcək. Adi dövrdə muzeyə gələn müsafirlərin gündəlik sayları 15 min nəfərə bərabər olub.

Muzey daxilində hədiyyə və suvenir dükanları, eləcə də bilet kassaları bağlı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti