Bakı. Trend:
Xocavəndin işğaldan azad edilən Tuğ kəndində Qastronomiya Mərkəzinin açılması nəzərdə tutulur.
Trend xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda keçirilən tədbirdə deyib.
O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı istiqamətində işlər aparılır.