Bakı. Trend:
"Formula-1" üzrə Azərbaycan Qran-Prisində trasda və DRS zonalarında dəyişikliklər olunub.
Trend-in məlumatına görə, Azərbaycan Qran-Prisi ərəfəsində FIA trasda dəyişikliklər barədə danışıb və iki DRS zonasının yerini təsdiqləyib.
Ötən illə müqayisədə trasın bir çox hissələrində divarlar yenidən qurulub: birinci döngənin gediş zonasında, sağ tərəfdən üçüncü və dördüncü döngələr arasında, sağ tərəfdən on ikinci və on üçüncü döngələr arasında, sağda on beşinci döngədə. On ikinci döngənin çıxışında yolun sərhədlərini qeyd edən xətt divara yaxınlaşdırılıb.
On altıncı döngənin gediş zonalarında, on səkkizinci və on doqquzuncu döngələr arasındakı ərazidə, eləcə də sol tərəfdən altıncı və yeddinci döngələr arasındakı düz yolda, sol tərəfdən on doqquzuncu və iyirminci döngələr arasındakı divarlar yeniləri ilə əvəz edilmişdir.
Pit-leynin çıxışında, 2-3-cü döngələr arasında, 7-8-ci döngələr arasında asfalt örtüyünün kiçik hissələri dəyişdirilib.
Bakıda iki DRS zonası qalıb, lakin ötən illə müqayisədə ikincinin uzunluğu yüz metr artıb. Birinci DRS zonasından əvvəl boşluq ölçmə nöqtəsi ikinci təhlükəsizlik avtomobili xətti ilə üst-üstə düşür və sistem ikinci döngədən 54 metr sonra istifadə edilə bilər.
İkinci DRS zonası üçün ölçü nöqtəsi 20-ci döngənin zirvəsindədir və sistem döngədən 347 metr sonra işə salına bilər.