Bakı. Trend:
Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 16,9 faiz artaraq 1998,9 min nəfər olub.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 33 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 13,4 faiz, Gürcüstana gedənlərin sayı 13 faiz, Türkiyəyə gedənlərin sayı 9,9 faiz artıb.
Azərbaycan Respublikası vətəndaşlarının 41,4 faizi Türkiyəyə, 20,6 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,6 faizi İrana, 20,7 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 63,9 faizini kişilər, 36,1 faizini qadınlar təşkil edib.
2024-cü ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,5 faizi hava, 28,4 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.