Bakı. Trend:
Niderlandın milli hava yolu şirkətinə məxsus sərnişin təyyarəsi Hamburq aeroportuna məcburi eniş edib.
Trend-in "Spiegel" qəzetinə istinadən verdiyi xəbərə görə, pilotlar təyyarənin salonunda tüstülənmə aşkar etdikdən sonra təcili eniş qərarı veriblər.
Stokholm–Amsterdam reysi üzrə hərəkət edən təyyarənin göyərtəsində 186 sərnişin olub. Təyyarə uğurla eniş etdikdən dərhal sonra sərnişinlər təxliyə edilərək terminala aparılıblar.
Hadisə ilə əlaqədar hava limanının yanğınsöndürmə xidməti cəlb olunub. Tüstülənmənin səbəbi və miqyası barədə hələlik məlumat verilmir.