...

Azərbaycanın Əfqanıstan kampaniyasına töhfəsi

Nəzər nöqtəsi Materials 1 Avqust 2011 14:57 (UTC +04:00)
ABŞ "Taliban" hərəkatının döyüşçüləri ilə vuruşaraq böyük itkilər verib, lakin biz bu mübarizədə tək deyilik.
Azərbaycanın Əfqanıstan kampaniyasına töhfəsi

inosmi.ru "The Washington Times"a istinadən

Ariel Koen, Robert Nikolson

ABŞ "Taliban" hərəkatının döyüşçüləri ilə vuruşaraq böyük itkilər verib, lakin biz bu mübarizədə tək deyilik. Birləşmiş Ştatlar və onun NATO üzrə müttəfiqləri elə ölkələrdən yardımlar alırlar ki, hətta amerikalıların çoxu onları xəritədə belə tapa bilmirlər.

İyulun 5-dən 6-na keçən gecə Əfqanıstanda Baqram şəhərinə yanacaq yükü ilə ABŞ-NATO hərbi hava bazasına gedən Azərbaycanın təyyarəsi qəzaya uğrayıb. Birləşmiş Ştatlar və NATO təyyarədə 9 ekipaj üzvünün həlak olmasına təəssüflənməlidirlər; bu hadisə koalisiyanın digər üzvlərinin Əfqanıstandan getdiyi bir vaxtda NATO və ABŞ qoşunlarına kömək edən, xüsusilə də müsəlman ölkəsi olan bu kiçik ölkənin misilsiz töhfəsi və qurbanları barədə xatırlatma olmalıdır.

Yanacaq təyyarəsi Azərbaycan paytaxtı Bakıdan qalxıb. Bu ölkə Xəzər dənizinin sahilində yerləşərək Cənubi Qafqazın strateji baxımdan mühüm regionunda yer alıb. Azərbaycan və onun qonşusu Gürcüstan mühüm tranzit ölkələrdir. Onların vasitəsilə Əfqanıstana təchizatın şimal şəbəkəsi adını alan limanlar və dəmiryolları üzrə qoşunlar və təchizat əşyaları göndərilir.

Keçmiş müdafiə naziri Robert Geyts bu yaxınlarda Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevə azərbaycanlıların "təkcə orada olan qoşunlar tərəfindən deyil, həm də ölkədə mülki heyətin olması, yerüstü nəqliyyata və hava nəqliyyatının uçuşuna görə icazənin verilməsi ilə həyata keçirilən Əfqanıstan kampaniyası"na töhfəsinə görə şəxsən təşəkkürünü bildirib.

Bundan başqa, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu yaxınlarda bəyan edib ki, onun ölkəsi Əfqanıstanda sabitliyin möhkəmlənməsi naminə orada 2009-cu ildən olan qoşun kontingentini 2 dəfə artırmağa hazırdır. Və bu, orada işləyən həkim və mühəndislər daxil olmaqla, Əfqanıstana göndərilən humanitar yardımı nəzərdə tutmur.

NATO-nun baş katibi Anders Foq Rasmussen ötən ay Azərbaycanın töhfəsini yüksək qiymətləndirib. ABŞ-ın bu ölkədəki səfiri Metyu Brayza isə ABŞ adından Bakıya Əfqanıstanda oynadığı rola görə təşəkkürünü bildirib. Brayza bəyan edib: "NATO bu gün fəxr edir ki, Azərbaycanı öz tərəfdaşı hesab edə bilər. Azərbaycanın Kosovadan İraqa və Əfqanıstanadək təhlükəsizliyin təmini üzrə missiyaya töhfəsi daimi və yüksək peşəkarcasınadır. ... Sözsüz ki, Azərbaycanın NATO ilə əlaqələri təhlükəsizliyin möhkəmlənməsinə, demokratik dəyərlərin güclənməsinə, siyasi və hərbi modernləşdirmə və islahatlar prosesinə dəstəyə xidmət edir".

Azərbaycan və ABŞ Əfqansıtanla kifayətlənməyərək təhlükəsizlik sahəsində strateji tərəfdaşlığı genişləndirməyi planlaşdırırlar. İki ölkənin silahlı qüvvələrinin əməkdaşlığı sayəsində bu tərəfdaşlıq Azərbaycanın geniş energetika infrastrukturunun müdafiəsi və Rusiyadan yan keçməklə Xəzər regionundan neft və qazın nəqli üzrə qabiliyyətinin artması işinin ayrılmaz hissəsi olacaq.

Bu müsbət nailiyyətlərə əsaslanaraq Azərbaycan keçmiş Sovet İttifaqının müsəlman dövlətidir. ABŞ bundan sonra da onun təkcə Əfqanıstanda etibarlı tərəfdaş olduğuna görə deyil, həm də Xəzərdən enerjidaşıyıcıların təhlükəsiz və fasiləsiz təmininə yardım edən və İranın qabağını alan mühüm strateji müttəfiqə - Azərbaycana kömək göstərməlidir. ABŞ-ın Azərbaycanla münasibətlərinin möhkəmlənməsi sayəsində Avropanın Rusiyanın neft və qaz asılılığından azalmasına nail olmaq olar. Azərbaycan İslam mədəniyyətinə görə mötədil, lakin beynəlxalq terrorizmlə fəal mübarizə aparan dünyəvi dövlət nümunəsidir.

Bu yaxınlarda baş verən təyyarə qəzası Azərbaycan üçün faciəvi hadisə olsa da, məhz bu anlarda kiçik müttəfiqlərimizin ABŞ-ın dünyanın həyəcanlı regionlarında təhlükəsizliyin təmini üzrə səylərində oynadığı mühüm rolu yüksək qiymətləndirməliyik.

Ariel Koen - "Heritage Foundation" yanında Rusiya və Avrasiya araşdırmaları və beynəlxalq energetika siyasəti proqramlarının baş elmi işçisidir. Robert Nikolson - "Heritage Foundation"ın "Gənc liderlər" proqramının iştirakçısıdır.

Xəbər lenti

Xəbər lenti