...

Amerikalı ekspert: Rusiya anlayır ki, Türkiyə Qarabağ münaqişəsinin həllinə kömək edə bilər

Nəzər nöqtəsi Materials 14 Oktyabr 2016 18:42 (UTC +04:00)
Rusiya hesab edir ki, Türkiyə münaqişənin həllinə kömək edə bilər
Amerikalı ekspert: Rusiya anlayır ki, Türkiyə Qarabağ münaqişəsinin həllinə kömək edə bilər

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilməsi ilə bağlı fikirləri tərəflərin münasibətlərin yeni səviyyəsinə çıxmasından xəbər verir.

Bu barədə Trend-ə siyasi analitik, Vaşinqtonda "Gulf State Analytics"in baş məsləhətçisi Teodor Karasik deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Türkiyə və Rusiya rəhbərlərinin görüşündə nəinki İŞİD-lə mübarizə yolları və Suriya böhranı müzakirə olundu, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı:

"Azərbaycanın energetika sahəsində əməkdaşlıq və infrastruktur layihələri məsələlərində Türkiyəyə etibar etdiyini nəzərə alaraq, Rusiya hesab edir ki, Türkiyə münaqişənin həllinə kömək edə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti