...

Deputat: Kənd təsərrüfatı, turizm, İKT getdikcə rentabelli sahələrə çevrilməkdədir

Nəzər nöqtəsi Materials 4 Avqust 2017 17:30 (UTC +04:00)
Azərbaycanda kənd təsərrüfatı, emal sənayesi, turizm, nəqliyyat, İKT sektoru getdikcə daha çox rentabelli sahələrə çevrilməkdədir.
Deputat: Kənd təsərrüfatı, turizm, İKT getdikcə rentabelli sahələrə çevrilməkdədir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda kənd təsərrüfatı, emal sənayesi, turizm, nəqliyyat, İKT sektoru getdikcə daha çox rentabelli sahələrə çevrilməkdədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.

Onun sözlərinə görə, “Made in Azerbaijan” brendi adı altında onlarla məhsulumuz xarici bazarlarda yer tutmaqdadır.

M.Quliyev bildirib ki, neft sektorundan əldə olunan gəlirlərin bir hissəsinin qeyri-neft sektoruna investisiya kimi qoyulması nəticəsində hazırda ölkəmizin ÜDM-in yarıdan çoxu bu sektorun payına düşür. Bununla yanaşı, qeyri-neft sektorunun inkişaf tempi neft sektorunu daha çox üstələməkdədir.

Deputat qeyd edib ki, əlamətdar cəhətlərdən biri də son illərdə açılan iş yerlərinin böyük əksəriyyətinin qeyri-neft sektoruna aid olması və regionlarda yerləşməsidir. Turizm, iaşə, nəqliyyat, kənd təsərrüfatı sahəsində məşğulluq daha çox təmin edilib. Xüsusilə, pambıqçılıq, baramaçılıq, üzümçülük, bağçılıq kimi ənənəvi sahələrə dövlət dəstəyinin olması, vergi güzəştləri, subsidiyalar, kreditlər və digər stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi regionlarda əhalinin həyat səviyyəsinə müsbət təsir göstərməkdədir.

M.Quliyev əlavə edib ki, Prezident İlham Əliyevin yeni dövrün çağırışlarına cavab verən iqtisadi siyasət taktikası ölkə iqtisadiyyatının çoxşaxəli prinsiplər üzrə inkişafını ön plana çəkir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti