...

Azərbaycanın ABŞ-da çoxlu dostu var

Nəzər nöqtəsi Materials 17 Noyabr 2017 16:24 (UTC +04:00)
Azərbaycanın ABŞ-da çoxlu dostu var
Azərbaycanın ABŞ-da çoxlu dostu var

Bakı. Trend:

Azərbaycanın ABŞ-da çoxlu dostu var.

Trend-in məlumatına görə, bunu “Baku Network” ekspert şurasının rəhbəri Elxan Ələsgərov Amerika Birləşmiş Ştatlarına səfəri barədə danışarkən deyib.

Onun sözlərinə görə, amerikalı “beyin mərkəzləri”nin nümayəndələri ilə görüşlər zamanı ekspertlərin əksəriyyəti Azərbaycanın müstəqil xarici siyasəti, iqtisadi uğurları haqqında müsbət fikirlər səsləndirir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və həqiqətləri barədə obyektiv qiymətlər verirdilər: “Bu ekspertlər qeyd edirdi ki, ABŞ Azərbaycanın güclü, stabil və çiçəklənən ölkə olmasında maraqlıdır”.

E.Ələsgərov qeyd edib ki, ekspertlərin əksəriyyəti Cənubi Qafqaz regionunda baş verən hadisələrdən məlumatlıdır: “Onların arasında uzun müddət ABŞ Dövlət departamentində çalışmış peşəkar diplomat Peter Kovaçı qeyd etmək lazımdır. O, Azərbaycana dost münasibət bəsləyir və ikitərəfli münasibətlərin müxtəlif aspektləri barədə yaxşı məlumatlıdır. O, həm də ABŞ nümayəndə heyətlərinin tərkibində Bakıya səfərləri ilə bağlı müsbət təəssüratlara malikdir”.

E.Ələsgərovun sözlərinə görə, P.Kovaçın Bakıya səfərləri zamanı onu ən çox heyrətləndirən Azərbaycanın işğal olunmuş ərazilərinin və qaçqınların olmasına, eləcə də ölkə ətrafında dini ekstremizmin tüğyan etməsinə baxmayaraq vətəndaşlarının tolerantlıq və multikulturalizm prinsiplərinə sadiq qalmaları idi.

Bununla əlaqədar olaraq ona başa salmaq lazım gəlirdi ki, Azərbaycan öz “millətçi qonşusundan” fərqli olaraq multikulturalizm siyasəti sayəsində müxtəli konfessiya nümayəndələrinin birgə yaşayışının gözəl nümunəsidir: “Vaşinqtondakı erməni lobbisi hər kəsə nümayiş etdirmək istədiyi kimi qüvvəyə malik deyil, eyni zamanda ABŞ-da Azərbaycanın çoxlu dostları var. Amerika Birləşmiş Ştatlarına səfərim nəticəsində mən bu qənaətə gəldim”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti