...

Millət vəkili: Prezident İlham Əliyev hər zaman xalqın yanında olduğunu bir daha göstərdi

Nəzər nöqtəsi Materials 8 Fevral 2019 10:29 (UTC +04:00)
Prezident İlham Əliyevin zəlzələnin baş verdiyi Şamaxı rayonuna səfəri dövlətimizin başçısının hər zaman xalqın yanında olmasının daha bir göstəricisidir.
Millət vəkili: Prezident İlham Əliyev hər zaman xalqın yanında olduğunu bir daha göstərdi

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyevin zəlzələnin baş verdiyi Şamaxı rayonuna səfəri dövlətimizin başçısının hər zaman xalqın yanında olmasının daha bir göstəricisidir. Bunu Trend-ə Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputat vurğulayıb ki, daim xalqın yanında olmaq, onun çətinliklərini öyrənmək və problemlərin operativ həlli istiqamətində tədbirlər görmək Prezident İlham Əliyevin iş tərzidir:

“Biz həmişə cənab Prezidentin xalqın yanında olduğuna şahid olmuşuq. Dövlət başçısı bu dəfə də problemlə yerində tanış olmaq və təbii fəlakətdən ziyan çəkmiş insanların çətinliklərinin operativ həlli üçün şəxsən özü zəlzələ bölgəsinə baş çəkdi. Bu, özü bir nümunədir”.

İ.Məmmədov vurğulayıb ki, zəlzələ təbii fəlakətdir və bundan heç vaxt heç kim sığortalanmayıb:

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hadisədən zərər çəkmiş insanların, ümumilikdə xalqın yanında olduqlarını bir daha nümayiş etdirdilər. Heydər Əliyev Fondunun könüllüləri də hadisədən dərhal sonra zəlzələ bölgəsinə getdilər, insanlara yardım göstərdilər. Prezident İlham Əliyevin Şamaxıya səfəri hər zaman xalqın yanında olmasının daha bir göstəricisidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti