Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir C.Babayeva/
"Eurovision 2012" mahnı müsabiqəsində Bosniya və Herseqovinanı Maya Sar təmsil edəcək. Bu barədə Trend eurovision.tv saytına istinadən məlumat verir.
Maya Sar mahnıların müəllifi, bəstəkar və ifaçıdır. Bir çox illər ərzində o, Dino Merlin qrupunun üzvü olub. Bu qrup 2011-ci ildə Drüsseldorfda keçirilən "Eurovision" müsabiqəsində iştirak edib.
2012-ci ildə 57-ci "Eurovision" mahnı müsabiqəsi Azərbaycanda keçiriləcək. Müsabiqənin yarımfinal turları mayın 22-də və 24-də, finalı isə mayın 26-da keçiriləcək.
Azərbaycandan Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Eurovision-2011" müsabiqəsinin qalibləri olublar.