...

"Bakı Kristal Zalı"nda qaraçı məhəbbəti (FOTO)

Eurovision-2012 Materials 19 May 2012 16:25 (UTC +04:00)
"Bakı Kristal Zalı"nın səhnəsində Bolqarıstanın "Eurovision 2012" təmsilçisi Sofi Marinovanın məşqi keçirilib. Trend-in məlumatına görə, müğənni ikinci yarımfinalda "Love Unlimited" ("Məhəbbət sərhədsizdir") kompozisiyası ilə çıxış edəcək.
"Bakı Kristal Zalı"nda qaraçı məhəbbəti (FOTO)

Azərbaycan, Bakı, 19 may /Trend, müxbirlər V.İmanov, E.Mehdiyev/

"Bakı Kristal Zalı"nın səhnəsində Bolqarıstanın "Eurovision 2012" təmsilçisi Sofi Marinovanın məşqi keçirilib. Trend-in məlumatına görə, müğənni ikinci yarımfinalda "Love Unlimited" ("Məhəbbət sərhədsizdir") kompozisiyası ilə çıxış edəcək.

Sofi Marinova (pasportda Sofiya Marinova Kamenova) Sofiyada anadan olub. Mənşəcə qaraçı olan müğənni ailədə beş uşaqdan dördüncüsüdür. İstedad ona müğənni anasından keçib. Müğənni "Çalqa" və ya pop-folk üslubunda mahnı ifa edəcək. Sofi Marinova Azərbaycana ailəsi ilə birlikdə gəlib.

"Bakıya gəldiyimə şadam. Ailə ilə səyahət etmək gözəldir. Oğlum və həyat yoldaşım mənə uğur gətirəcəklər", - ifaçı qeyd edib.

Xəbər lenti

Xəbər lenti