Azərbaycan, Bakı, 26 may /Trend, müxbir V.İmanov/
Bakıda "Eurovision 2012" müsabiqəsinin finalının əsl bayram ab-havası hiss edilir.
Trend-in məlumatına görə, "Bakı Kristal Zalı"nda müsabiqənin finalına düşə bilməyən minlərlə insan ölkələrinin milli bayraqları ilə Dənizkənarı Milli Parkdakı "EuroVillage"-ə toplaşırlar.
"Eurovision 2012"-nin finalının başlamasına qədər parkda konsert proqramı keçirilir.