Yeni ilin gəlməsi ilə əlaqədar olaraq bir günlük fasilədən sonra Gürcüstanda prezident seçkiləri ilə bağlı seçkiqabağı kampaniya tam fəallığı ilə yenidən başlayacaq. Səsvermə yanvarın 5-də baş tutacaq. Qalan 3 gün ərzində namizədlər seçicilər və beynəlxalq təşkilatların nümayəndələri ilə bir sıra görüşlər keçirəcək. Bu barədə İTAR-TASS -ın məlumatında bildirilir.
Prezident postuna Mixail Saakaşvili (hakim partiyadan namizəd), Milli Şuradan namizəd Levan Qaçeçelidze, "Yeni sağlar" müxalifət partiyasının sədri David Qamkrelidze, Leyborist Partiyasının sədri Şalva Natelaşvili, iqtisadçi-alim Qiya Maisaşvili və İrina Sarişvili idda edir (sonuncular namizədliyini vətəndaşların təşəbbüs qrupundan irəli sürüb).
Hazırda ölkə hüdudlarından xaricdə olan Badri Patarkatsişivili dekabrın 27-də bəyan edib ki, namizədliyini geri götürməyə hazırdır. Onun yazılı ərizəsi MSK-ya yanvarın 4-də təqdim olunub. Yanvarın 5-də seçkilərin monitorinq mindən çox xarici müşahidəçi tərəfindən aparılacaq. Buraya ATƏT, Avropa İttifaqı, MDB-nin müşahidəçi missiyası, eləcə də ABŞ, Avropa və Asiya ölkələri daxildir.