...

Ermənistan söz azadlığı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmir – Avropa Şurası

Dünya xəbərləri Materials 8 İyul 2008 17:41 (UTC +04:00)
Ermənistan  söz azadlığı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmir – Avropa Şurası

"Novosti-Armeniya" Agentliyinin verdiyi xəbərə görə, Avropa Şurasının (AŞ) insan haqları və hüquq məsələləri üzrə Katibliyinin proqram əlaqələndiricisi Fransiska Klopfer hesab edir ki, Ermənistan ölkədə söz azadlğının təmin edilməsi üzrə AŞ qarşısında üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmir.

"Ermənistanın buraxdığı nöqsanlar Avropa Şurası Parlament Assambleyasının(AŞ PA) Qətnamələrində qeyd edilib. Burada, hər şeydən əvvəl, Avropa Məhkəməsinin "A1+"un işi üzrə qərarından irəli gələn yayım sahələrinin nizamlanması məsələsi göstərilir", - deyə Klopfer bazar ertəsi "Ermənistan KİV-də plüralizm" adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

İnsan Haqları üzrə Avropa Məhkəməsi iyunun 17-də "Melteks" şirkəti ("A1+" müxalifət tele- şirtəkinin təsisçisi) və onun rəhbəri Mesrop Movsesyanın Ermənistana qarşı iddiasını təmin edib. İnsan Haqları üzrə Avropa Məhkəməsi 2002-ci ildə "A1+"un efirdən məhrum edilməsini İnsan Haqları Konvensiyasının 10- cu maddəsinin (söz azadlığı) pozulması kimi qəbul edib və ölkə hökumətinə təzminat qismində 30 min avro cərimə kəsib.

Klopfer əlavə edib ki, bu iş üzrə qərar göstərir ki, yayım qanunvericiliyi yayım sahəsində müstəqil və müxtəliflik üçün kifayət qədər imkan yaratmır.

"Ümumilikdə, AŞ PA Qətnamələrində qeyd olunur ki, Ermənistanda KİV azadlığının səviyyəsi qaldırılmalıdır və hakim dairələr bu istiqamətdə təcili tədbirlər görməlidir ", - deyə o əlavə edib.

Klopfer xüsusilə "Televiziya və radio haqqında" Qanun üzrə islahatların aparılmalı olduğunu bildirib və əlavə edib ki, bu, AŞ tərəfindən edilən ən dəqiq məsləhətdir.

Proqram əlaqələndiricisi onu da əlavə edib ki, konfransın keçirilməsində məqsəd yerli hakimiyyət, KİV və vətəndaş cəmiyyəti ilə birgə, Ermənistan KİV-də plüralizmin təmin edilməsi üçün gələcəkdə atılacaq addımları müəyyən etməkdir.

Parlamentin elm, təhsil, mədəniyyət, gənclərlə iş və idman məsələləri Daimi Komissiyasının sədr müavini Zöhrabyan, öz növbəsində, əlavə edib ki, "Televiziya və radio haqqında" Qanun islahatlar mərhələsindədir.

"Biz bu Qanuna dəyişikliklərin edilməsinə dair qanun layihəsini baxılmaqı üçün beynəlxalq ekspertlərə təqdim etmişik" - deyə o bildirib.

Onun sözlərinə görə, payızda, beynəlxalq ekspertlərin rəyindən sonra, qanun layihəsi geniş ictimaiyyətin müzakirəsinə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti