...

Türkiyə və Qırğızıstan hərbi yardım haqqında razılaşma imzalayıblar

Dünya xəbərləri Materials 24 İyul 2008 11:29 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 24 iyul/ Trend , müxbir R.Məşədihəsənli/ Qırğızıstanın Ankaradakı səfirliyində iki ölkə hökumətləri arasında təmənnasız hərbi yardım haqqında razılaşma və Qırğızıstan Respublikası (QR) Müdafiə Nazirliyi və Türkiyə Baş Qərargahı arasında Qırğızıstan Respublikasının Silahlı Qüvvələrinə maliyyə yardımının edilməsi haqqında protokol imzalanıb.

Sənədi QR-in Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri M.Abılov və Türkiyə Baş Qərargahının Müdafiə planlaşdırılması və ehtiyatlardan istifadə şöbəsinin rəisi general-mayor Alpaslan Ərdoğan imzalayıblar.

"Bu beynəlxalq müqavilələr çərçivəsində Türkiyə hökuməti Qırğızıstan Respublikası hökumətinə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafına kömək edəcək 1 mln.312 min 425 Türkiyə lirəsi (1 milyon dollardan çox) məbləğində təmənnasız qrant verir", - Trend -a Qırğızıstan Müdafiə Nazirliyindən bildiriblər.

Xəbər lenti

Xəbər lenti