Gürcüstan, Tbilisi, 09 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Bu gün Tsxinvali yaxınlığında Gürcüstan hərbçiləri tərəfindən 10 ədəd ağır texnika məhv edilib. Bu barədə şənbə günü Milli Təhlükəsizlik Şurasının iclasında Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib.
"Biz 10 rus təyyarəsi də vurmuşuq və bu, ölkəmizi xilas edən hərbçilirəmizin qəhrəmanlığının ifadəsidir", - deyə Saakaşvili bildirib.
O, hamını sakit olmağa çağırıb. Bununla yanaşı prezident həlak olanların qohum və yaxınlarına başsağlığı verib.
Məqalə müəllifi ilə əlaqə ünvanı - trend