Gürcüstan, Tbilisi, 15 avqust/ Trend , müxbir N.Kirtsxaliya/Gürcüstanın keçmiş xarici işlər naziri İrakli Menaqaraşvili payızda Tbilisinin NATO-da üzvlük üçün MAP fəaliyyət planının alması imkanının olmasını hesab edir. "Hadisələrin gələcəkdə necə cərəyan edəcəyinə dair proqnoz vermək çox çətindir, lakin Gürcüstan bu proqramı mütləq alacaq", - o qeyd edib.
"Ölkədə cərəyan edən hadisələr dünya ictimaiyyətinin Gürcüstana münasibətini mütləq dəyişəcək",- keçmiş xarici işlər naziri əlavə edib.
Gürcüstana MAP proqramının verilməsi məsələsinə NATO nazirlərinin dekabrda keçiriləcək görüşündə baxılmalı idi. Lakin bu, çox güman ki, nazirlərin sentyabrda keçiriləcək görüşündə baş tutacaq. Qərarın qəbul edilməsi üçün Alyansa üzv ölkələrin konsensusu lazımdır.