...

Bu gün Qazaxıstandan Cənubi Osetiyaya humanitar yardım göndərilib

Dünya xəbərləri Materials 16 Avqust 2008 14:48 (UTC +04:00)

Qazaxıstan, Almatı, 16 avqust/ Trend , müxbir R.Məşədihəsənli/ Prezident Nursultan Nazarbayevin tapşırığına əsasən, bu gün Qazaxıstandan Cənubi Osetiyaya humanitar yardım göndərilib.

Qazaxıstan Respublikasının fövqəladə hallar üzrə vitse-naziri Valeri Petrovun sözlərinə görə, ümumilkdə təxminən 100 ton humanitar yardım ayrılıb ki, onun da 10 tonu FHN-nin təyyarəsi ilə təcili, 90 tonu isə dəmir yolu nəqliyyatı vasitəsilə (təxminən altı vaqon) çatdırılacaq. FHN-nin və Səhiyyə Nazirliyinin maddi ehtiyatından 39 ton ərzaq malları, 9 ton tibbi ləvazimat, 1000 nəfərlik geyim və yataq dəsti, 36 ton tikinti materialları ayrılıb.

Qazaxıstan ümumilikdə 63 mln. təngə dəyərində humanitar yardım ayırıb.

Xəbər lenti

Xəbər lenti