...

Dik Çeyni Gürcüstanı, Azərbaycanı və Ermənistanı Aİ-nın enerji siyasəti üzrə iclasına dəvət etməyi təklif edib

Dünya xəbərləri Materials 7 Sentyabr 2008 22:42 (UTC +04:00)
Dik Çeyni Gürcüstanı, Azərbaycanı və Ermənistanı Aİ-nın enerji siyasəti üzrə iclasına dəvət etməyi təklif edib

ABŞ-nın vise-prezidenti Dik Çeyni İtaliyanın xarici işlər naziri Franko Frattini ilə görüşdə Gürcüstanı, Azərbaycanı və Ermənistanı 2008-ci ilin oktyabr ayında keçiriləcək Avropa İttifaqının enerji siyasəti üzrə iclasına dəvət etməyi təklif edib. İtaliyalı nazir D.Çeynin təklifini dəstəkləyərək bildirib ki, bu təklifi Aİ-nın sədrinə göndərəcək, AssociatedPress xəbər verir.

Bir qədər qabaq Dik Çeyni Gürcüstan, Ukrayna və Azərbaycana səfər etmişdir.

Avropa İttifaqı Rusiyadan 30% neft və 40% təbii qaz idxal edir. Son illər ərzində Avropa ölkələri liderləri Rusiyanın enerjidaşıyıcılarından asılılığı aradan qaldırmaq istəkləri barədə bəyanatlarla çıxış edirlər, lakin bu istiqamətdə hələ konkret addım atılmayıb. Aİ 2013-cü ildə Nabucco transxəzər qaz kəmərinin istismara verməyi planlaşdırır, lakin bu layihənin reallaşdırılması istiqamətində dəqiq prespektiv yoxdur, RBK xəbər verir.

Xəbər lenti

Xəbər lenti