...

Türkiyədən olan təlimatçılar Qırğızıstanda daxili təhlükəsizlik üzrə kurslar keçirəcəklər

Dünya xəbərləri Materials 12 Sentyabr 2008 17:56 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 12 sentyabr / Trend , müxbir R.Məşədihəsənli/ Sentyabrın 11-dən noyabrın 28-dək "Ala-Too" təlim mərkəzinin bazasında Türkiyədən olan üç hərbi təlimatçı daxili təhlükəsizlik "kommandos" üzrə kurslar keçirəcək. Bu barədə Trend -a Qırğızıstan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Bu kursların açılışında Müdafiə Nazirliyinin hazırlıq idarəsinin rəisi polkovnik Bakıtbek Kulmanbetov və Türkiyənin Bişkekdəki səfirliyinin hərbi atteşesi  Yaşar Dilbər iştirak edib.

Üç ay ərzində Türkiyə ordusunun zabitləri qırğız xüsusi təyinatlılarına xüsusi və dağ hazırlığını öyrədəcəklər. Hər il Qırğızıstanın ərazisində Türkiyə Silahlı Qüvvələrinin təlimatçıları tərəfindən 12 həftəlik "Kommandos", xüsusi və dağ hazırlığı kursları təşkil edilir. Kurslara Milli Qvardiya və Fövqəladə Hallar Nazirliyinin bölmələri də cəlb edilir. Qırğızıstanda bu kurslar 17-ci dəfədir ki, keçirilir. Bu müddət ərzində orada 800-dən çox qırğız hərbçisi təlim keçib.

Xatırladaq ki, Bişkek və Ankara arasında hərbi əməkdaşlıq 1992-ci ildə başlayıb və hərbi kadrların hazırlanması, dil hazırlığı, humanitar və maddi-texniki yardımın göstərilməsi, xüsusi və dağ hazırlığı təlimi və "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlıq istiqamətlərində inkişaf edib.

Xəbər lenti

Xəbər lenti