...

Ukrayna Ali Radasının sədri istefa verib

Dünya xəbərləri Materials 17 Sentyabr 2008 13:39 (UTC +04:00)
Ukrayna Ali Radasının sədri istefa verib

Ukrayna, Kiyev, 17 sentyabr / Trend , müxbir Z.Novosvitski/ Arseni Yatsenyuk Ukrayna Ali Radasının sədri postundan istefa verib. Bu barədə o, parlamentin çərşənbə günü keçirilən iclasında bildirib.

Yatsenyukun sözlərinə görə, dünən parlament əksəriyyətinin mövcud olmasının başa çatdığı barədə elan edilib, bu halda prosedur hüquqi olaraq başa çatıb, lakin "siyasi olaraq hələ davam edir".

"Mən hakimiyyətə demokratik dəyərlər və demokratik ideallarla gəldim. Hakimiyyətə layiqli gəlmək və layiqli getmək lazımdır", - deyə Yatsenyuk bildirib.Yatsenyuk öz bəyanatını Reqlament Komitəsinə təqdim edib və Müvəqqəti Reqlamentin tələbinə əsasən, bu məsələyə baxılanadək o, parlament sədri vəzifəsini icra edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti