...

Pakistan paytaxtında güclü partlayış baş verib (YENİLƏNİB)

Dünya xəbərləri Materials 20 Sentyabr 2008 23:26 (UTC +04:00)

Pakistanın paytaxtı İslamabadda güclü partlayış baş verib. "Marriot" otelində bombanın partlamasının sədası şəhərin ucqar rayonlarında da eşidilib. Bu barədə Associated Press məlumat yayıb.

BBC telekanalanın xəbərinə görə, partlayış nəticəsində ölənlərin sayı 60-dək yüksəlib. Öncə 40 nəfərin həlak olduğu bildirilirdi.

Hadisə yerinə "təcili yardım" maşınları gəlib. İnsanlar oteli tərk edirlər, onların bəziləri qan içindədirlər. İlkin xəbərə görə, bombanı terrorçu-kamikadze partladıb.

Xəbər lenti

Xəbər lenti