...

Rusiyanın Gürcüstandakı maraqlarını İsveçrə təmsil edəcək

Dünya xəbərləri Materials 4 Oktyabr 2008 00:33 (UTC +04:00)
Rusiyanın Gürcüstandakı maraqlarını İsveçrə təmsil edəcək

Rusiyanın Gürcüstandakı maraqlarını İsveçrə təmsil edəcək. Rusiya XİN-i cümə günü bəyan edib ki, bundan sonra İsveçrə Rusiyanın Gürcüstandakı maraqlarının təmsilçisi rolunda çıxış edəcək. Rusiyalı diplomatların sözlərinə görə, dünya təcrübəsinə əsasən söhbət İsveçrənin Tbilisidəki səfirliyində Rusiya maraqlarının bölməsinin yaradılmasından gedir.

"İsveçrə RF-nin diplomatik maraqlarını təmsil etməyə razılıq verib. Bir şərtlə ki, Gürcüstan İsveçrənin vasitəçiliyinə razılıq versin. Müvafiq qərar İsveçrənin Federal Şurası tərəfidən qəbul edilib", - deyə sənəddə vurğulanıb.

Bu arada isə Gürcüstan XİN-in informasiya departamentinin rəhbəri Xatuna İosava RİA Novosti agentliyinə bildirib ki, İsveçrənin Rusiyanın maraqlarını təmsil etmək qərarından xəbərsizdir.

Xarici ölkələrin maraqlarının təmsilçiliyi İsveçrənin xarici siyasətinin ənənəvi instrumentlərindən biridir. Hal-hazırda İsveçrə ABŞ-ın Kubada və Kubanın ABŞ-dakı maraqlarını təmsil edir.

Xəbər lenti

Xəbər lenti