Liviya Ukrayna silahlarının tədarükü ilə bağlı təklifi nəzərdən keçirir.
UNİAN -nın verdiyi xəbərə görə, bu barədə cümə axşamı Kiyevdə keçirilən mətbuat konfransında Liviya lideri Müəmmər Qəddafi məlumat verib.
Jurnalistlərin Ukrayna silahlarının Liviyaya satışı ilə bağlı razılaşmanın əldə olunub - olunmamasına dair suallarına cavab verən Qəddafi bu sahədə əməkdaşlığın mövcud olduğunu qeyd edib.
O bildirib ki, Tripoli hərbi - texniki sahədə əməkdaşlıq imkanlarını təkcə Ukrayna ilə deyil, digər dövlətlərlə də nəzərdən keçirir.
Liviya liderinin sözlərinə görə, söhbət müdafiə mahiyyətli silahlanmadan gedir. Qəddafi qeyd edib ki, Liviya münasib qiymətlərlə ən müasir silah nümunələri əldə etməyə çalışır və Tripoli müxtəlif ölkələrlə bu məsələ ilə bağlı danışıqlar aparır.
Məqalə müəllifi ilə əlaqə ünvanı - trend