Fələstin döyüşçüləri növbəti dəfə İsraili raket atəşinə tutublar. Bu dəfə Aşkelon (İsrailin cənubu) atəşə məruz qalıb. İlkin məlumatlara görə, söhbət "Katyuşa" və "Qrad" tipli mərmilərdən gedir, - Ynet agentliyi məlumat verir.
Raketlərin ikisi şəhər ətrafında açıqlığa düşüb, ikisi yaşayış məhəllələrində partlayıb. Mərmi partlayışının şahidi olan üç uşaq şok vəziyyətində xəstəxanaya çatdırılıb.
Ümumilikdə, cümə günü səhər saatlarından başlayaraq, İsrailə, ən azı, 14 "Kassam" raketi atılıb. Əvvəllər belə raketlərdən biri Sderotada yaşayış binasına, bir neçəsi əhalinin sıx yerləşdiyi rayonlara düşüb. Atəş nəticəsində bir qadın yüngül yaralanıb, 4 nəfər kontuziya alıb.
HƏMAS - ın silahlı qolu olan "İzzəddin əl - Qassam batalyonları" qruplaşması Aşkelonun atəşə tutulması ilə bağlı məsuliyyəti üzərinə götürüb. Bu qruplaşma cümə günü qeydə alınan digər atəşlərə görə də məsuliyyət daşıyır. Noyabrın 14-dəki açılan "atəş İsrailin atəşkəsi pozmasına cavab və eyni zamanda fələstinlilərə zərbə endirmək istəyənlərə xəbərdarlıqdırr", - HƏMAS-dakı mənbələr xəbər verib.