...

Afinada polislə nümayişçilər arasında toqquşmalar davam etməkdədir

Dünya xəbərləri Materials 14 Dekabr 2008 05:43 (UTC +04:00)
Afinada polislə nümayişçilər arasında toqquşmalar davam etməkdədir

Yunanıstan paytaxtında polislə nümayişçilər arasında toqquşmalar davam edir. Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçiləri Afinanın əsas meydanından sıxışdırıb çıxara bilsələr də, şəhərin mərkəzində toqquşmalar səngimək bilmir. Bu barədə məlumatı RİA Novosti yayıb.

Toqquşmalar anarxistlərin nümayişçilərə qoşulmasından sonra başlayıb.

Polis işə müdaxilə etdikdən sonra şəhərin müxtəlif yerlərində lokal toqquşmalar vüsət alıb. Belə ki, bunun nəticəsində üç bank və ölkənin ictimai işlər nazirliyinin binası yandırılıb. Anarxistlər həmçinin Eksarxiya rayonunun polis bölməsinə də hücum edib. Nümayişçilər parlament müxalifətinin mənzil-qərargahına da girməyə cəhd göstərsələr də, buna nail ola bilməyiblər.

Hazırda toqquşmalar Politexnik universitetin ətrafında baş verməkdədir. Artıq neçə gündür ki, universitetin binası anarxistlərin əlindədir. Polis universitetin binasına daxil ola bilmir.

Yunanıstanda nümayişlər artıq ikinci həftədir ki, davam edir. Onlar dekabrın 6-da polis zabiti tərəfindən 15 yaşlı gəncin öldürülməsindən sonra başlayıb.

Xəbər lenti

Xəbər lenti