Türkiyə, Ankara, 05 yanvar / Trend , müxbir A.Ələsgərov/ Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) iclasında çıxış edən Baş nazir Rəcəb Tayyib Ərdoğan Ankaranın hazırkı meri Melih Gökçeyi partiyanın namizədi kimi yenidən irəli sürdüyünü elan edib. "Türkiye" qəzetinin verdiyi məlumata görə, iclas ƏİP-in mərkəzi ofisində baş tutub və martda keçiriləcək yerli seçkilərə həsr olunub.
Ərdoğan bildirib ki, yaz seçkilərində Qazientip və Ərzurum şəhərlərinin hazırkı rəhbərləri də təkrarən namizəd qismində irəli sürülüblər. "Bələdiyyə rəhbərləri tabeliklərində olan şəhərlərin inkişafı ilə məşğul olmalıdırlar", - deyə Baş nazir bildirib.