...

Gürcüstan prezidentinin "Nabukko" layihəsində nümayəndəsi Lado Qurqenidze olacaq

Dünya xəbərləri Materials 31 Yanvar 2009 11:56 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 31 yanvar/ Trend , müxbir N. Kirtsxaliya/ Gürcüstan prezidenti keçmiş Baş nazir Lado Qurgenidzeni "Nabukko" layihəsində öz nümayəndəsi təyin etmək niyyətindədir. Bu barədə Mixail Saakaşvili Gürcüstan hökumətinin iclasında bildirib.

"Qurgenidze ailə vəziyyəti ilə əlaqədar olaraq xaricdə idi və  Gürcüstana  yaxınlarda qayıdıb və bu gün mən onunla bu barədə ətraflı danışdım", - deyə o vurğulayıb.

Saakaşvili Qurgenidzedən Gürcüstanda qaz  tranzitinin təmin edilməsini nəzərdə tutan bütün qaz layihələrinin əlaqələndirilməsinin təmin  olunmasını xahiş etdiyini qeyd edib. "Qurgenidze xüsusi diqqət tələb edən bu layihələrin reallaşdırılmasına öz ciddi töhfələrini verə bilər", - deyə prezident əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti