...

Qırğızıstan parlamenti ABŞ aviabazasının taleyinin müzakirəsinə başlayıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 19 Fevral 2009 01:36 (UTC +04:00)

Qırğızıstan parlamenti "Manas" aeroportunda yerləşən ABŞ aviabazasının taleyi ilə bağlı müzakirələrə başlayıb. Məsələ ilə bağlı bu gün yekun qərar veriləcək. Bu haqda RİA Novosti məlumat yayıb.

ABŞ aviabazası BMT mandatı əsasında 2001-ci ilin dekabrında açılıb. Məqsəd koalisiya qüvvələrinin Əfqanıstanda həyata keçirdiyi terror əleyhinə əməliyyatına dəstək vermək olub. Hazırda "Manas" aviabazasında ABŞ və Əfqanıstandakı əməliyyatda iştirak edən ölkələrin 1200 nəfər hərbçisi, habelə hərbi yükləri daşıyan təyyarələr yerləşir.

Fevralın 3-də Qırğızıstan prezidenti Kurmanbek Bakiyev hökumətin bu aviabazanın fəaliyyətinin dayandırılması ilə bağlı qərarını açıqlayıb. Lakin yekun qərarı parlament qəbul etməlidir.

Bakiyev ölkə hökumətini müvafiq qərarı verməyə əsas səbəbin məhz iqtisadi amillərlə bağlı olduğunu gizlətməyib.

Xəbər lenti

Xəbər lenti