...

Transxəzər boru kəməri tankerlərlə nəqldən iqtisadi və texniki cəhətdən daha sərfəlidir – ABŞ-ın Qazaxıstandakı səfiri

Dünya xəbərləri Materials 21 Fevral 2009 11:16 (UTC +04:00)
Transxəzər boru kəməri tankerlərlə nəqldən iqtisadi və texniki cəhətdən daha sərfəlidir – ABŞ-ın Qazaxıstandakı səfiri

Qazaxıstan, Astana, 17 fevral / Trend , müxbir K.Konırova/ "Neft və qazın Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyadan karbohidrogenlərin nəqlinə dəstək və ixrac layihələri ABŞ-ın uzunmüddətli siyasətidir", - Trend -ın Astanadakı xüsusi müxbirinə ABŞ-ın Qazaxıstandakı səfiri Riçard Houqland deyib.

"ABŞ höküməti xammalın Eskenedən Kurika boru kəməri ilə, oradan da tankerlərlə Bakıya nəqli üzrə Qazaxıstan Xəzər dənizi sistemini xüsusilə dəstəkləyir", - Houqland deyib.

ABŞ həmçinin Qazaxıstan hökümətinin neft və qazı dünya bazarlarına tədarükü üçün transxəzər boru kəmərlərini nəzərdən keçirməsini də alqışlayır.

"Biz (ABŞ) düşünürük ki, Transxəzər boru kəməri tankerlərlə nəqldən iqtisadi və texniki cəhətdən daha sərfəli və siyasi əsaslıdır. Bununla yanaşı, bizim nöqteyi-nəzərimizdən, belə boru kəmərini tikmək üçün bütün beş Xəzəryanı ölkənin Xəzərin delimitasiyasını razılaşdırmasına ehtiyac yoxdur. Bu layihə neft hasilatı şirkətləri də daxil olmaqla bütün iştirakçılar üçün sərfəli olacaq", - səfir qeyd edib.

Hər halda Transxəzər boru kəməri kimi layihələrin dəstəklənməsi, son nöqtədə siyasi maraqlardan deyil, onların iqtisadi həyat qabiliyyətliliyindən asılı olacaq.

"Əlbəttə, siyasi suallar ortaya çıxacaq. Ancaq yekun qərarlar özlüyündə kommersiya əsaslarına malik olacaq", - Houqland əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti