...

İranla ABŞ münasibətlərində yumşalma ilk növbədə qarşılıqlı bəyanatlarda özünü göstərəcək - Abdulla Gül

Dünya xəbərləri Materials 11 Mart 2009 05:12 (UTC +04:00)
İranla ABŞ münasibətlərində yumşalma ilk növbədə qarşılıqlı bəyanatlarda özünü göstərəcək - Abdulla Gül

Iranla ABŞ münasibətlərində yumşalma və onların arasında inamın artması ilk növbədə qarşılıqlı bəyanatlarda özünü göstərəcək və bu proses artıq başlayıb. Bu sözləri Tehranda Türkiyə səfirliyində, İran prezidenti Mahmud Əhmədinicat və bu ölkənin dini lideri Ayatulla Əli Xomeyni ilə görüşlərindən sonra türk jurnalistləri üçün keçirdiyi mətbuat konfransında Türkiyə prezidenti Abdulla Gül deyib, Cihan agentliyi xəbər verir.   

"Bu baxımdan 180 dərəcə dəyişikliklər var", deyən A.Gül, qeyd edib ki, 30 il həll edilməyən məsələləri bir anda yox etmək mümkün deyil.

A.Gül bəyan edib ki, İran prezidenti və dini lideri ilə görüşlərində ABŞ-la dialoq barədə müzakirələr zamanı xoş niyyət hiss edib.

"Görüşlər müsbət və xeyirli idi. Hər iki tərəfdən mən vəziyyəti müsbət tərəfə dəyişmək istəyi gördüm. Biz bu istiqamətdə işləyəcəyik. Belə bir niyyətin olması faktı böyük irəliləyişdir", deyə A.Gül bildirib.

Aprel ayında ABŞ-ın yeni prezidenti Barak Obamanın Türkiyəyə planlaşdırılan səfərinə toxunaraq, A.Gül qeyd edib ki, bu rəsmi Ankara nümayəndələrinin Birləşmiş Ştatlara hər hansı bir səfərindən əvvəl gerçəkləşəcək.  

A.Gül ABŞ-la gələcək münasibətlərə toxunaraq, deyib ki, Türkiyə ilə ABŞ arasında coxlu sayda ümumi maraqlar var.

"Yeni dönəmin ilk vaxtlarından relslər düzgün qoyularsa, böyük məsafəni qət etmək olar", A.Gül dedi.

Prezident Gül iki ölkə arasında münasibətlərdə Barak Obamanın hakimiyyətə gəldikdən sonra yeni dövrün başlandığını qeyd edərək, bildirib ki, keçmiş hakimiyyət təkbaşına qərar qəbul edib, onları təkbaşına reallaşdırmaq və digərlərinə öz ideyalarını yeritmək siyasətinə üstünlük verirdi.  

"İndi isə hakimiyyətə hamı ilə dialoq aparmaq haqqında bəyanat verən insanlar gəliblər", - A.Gül dedi.

Xəbər lenti

Xəbər lenti