...

Somalidə İran gəmisi saxlanılıb

Dünya xəbərləri Materials 19 Mart 2009 13:42 (UTC +04:00)
Somalidə İran gəmisi saxlanılıb

Somalinin sahilyanı rayonu Puntlend sakinləri tərəfindən İrana məxsus balıqçılıq gəmisi saxlanılıb. ISNA agentliyinin verdiyi xəbərə görə, bu barədə Şərqi Afrikanın Gəmiçilik İdarəsinin sədri bildirib.

Onun sözlərinə görə, Puntlend sakinləri gəmini bazar ertəsi qanunsuz balıq ovu, həmçinin kənd sakinlərinin balıq ovu şəbəkələrini korlaması səbəbindən saxlayıblar. Kənd sakinləri bildiriblər ki, maddi ziyan ödənilməyincə gəmini buraxmayacaqlar.

Xəbər lenti

Xəbər lenti