...

Türkiyədə bələdiyyə seçkilərində səslərin 99,3 faizinin hesablanması nəticəsində hakim partiya irəlidədir (YENİLƏNİB-4)

Dünya xəbərləri Materials 30 Mart 2009 22:04 (UTC +04:00)

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (ƏİP) bazar günü keçirilən bələdiyyə seçkilərində səslərin 99,3 faizinin hesablanması nəticəsində irəlidədir. Bu haqda Türkiyənin CNN TÜRK kanalı məlumat verib.

Müvaviq nəticələrə əsasən ikinci yerdə əsas müxalif Cümhuriyyət Xalq Partiyası (CXP), üçüncü yerdə isə Milliyətçi Hərəkat Partiyası (MHP) qərarlaşıb.

Səslərin hesablanmasının sonuna yaxın media mənsubları qarşısına çıxan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edbi ki, 29 mart seçkiləri demokratiya tarixinin bir hissəsi oldu.

"Seçkilər demokratiyanın güclənməsinə xidmət etdi. Hər-hansı bir partiyanın lehinə olan nəticələrdən asılı olmayaraq, əsas odur ki, xalqın iradəsi və türk siyasəti qalib gəldi", - deyə Əradoğan bildirib.

Xəbər lenti

Xəbər lenti