...

"Ermənilərin soyqırımı" məsələsini tarixçilər həll etməlidir – Aİ-nin xarici siyasət üzrə ali komissarı

Dünya xəbərləri Materials 4 Aprel 2009 15:19 (UTC +04:00)
"Ermənilərin soyqırımı" məsələsini tarixçilər həll etməlidir – Aİ-nin xarici siyasət üzrə ali komissarı

Türkiyənin "Zaman" dərgisinə müsahibə verərkən Xavyer Solana bildirib ki, "ermənilərin soyqırımı" məsələsi tarixçilər tərəfindən araşdırılmalıdır və bu məsələni hər zaman gündəmə gətirməyə gərək yoxdur.  

"Tarix tarix olaraq qalır və biz onu tarixçilərə həvalə etməliyik. Türkiyə və Ermənistan arasındakı münasibətlər yenidən baxıldıqdan sonra bərpa olunmalıdır", - Solana Türkiyə prezidenti Abdulla Gülün ötən ilin sentyabr ayında Ermənistana səfərini şərh edərkən deyib.

Solana bu səfəri iki ölkə arasındakı münasibətlərin yaxşılaşdırılması istiqamətində ilk addım kimi qiymətləndirir. O hesab edir ki, ikinci addımı atmaq çətin olmayacaq. Lakin Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali komissarı sözü gedən addımın Türkiyə - Ermənistan sərhəddinin açılmasına yönəlib yönəlməyəcəyinə aydınlıq gətirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti