...

Makedoniyada prezident seçkilərinin ikinci turu keçirilir

Dünya xəbərləri Materials 5 Aprel 2009 12:26 (UTC +04:00)
Makedoniyada prezident seçkilərinin ikinci turu keçirilir

Makedoniyada prezident seçkilərinin ikinci turuna start verilib. Dövlət başçısı postuna iki namizəd var: iqtidarda olan Makedoniya Milli birlik Demokrat Partiyasının namizədi Georgi İvanov və Makedoniyanın Sosial-demokratik ittifaqının nümayəndəsi Lyubomir Frçkovski.

Namizədlərin baxışlarında əsas ziddiyət Yunanıstanla münaqişənin nizamlanması ilə bağlıdır. Bəlli olduğu kimi, Yunanıstan Makedoniyanın NATO-ya qəbulunu rədd edib. Frçkovski Afina ilə kompromis axtarmağın tərəfdarıdır, İvanov isə daha sərt mövqeyin sərgilənməsini istəyir.

RBK-nın məlumatına görə, səsvermənin birinci turu bu ilin martın 22-də baş tutub. İvanov daha çox səs toplasa da, bu seçkilər qalibi müəyyənləşdirməyib.

Xəbər lenti

Xəbər lenti