...

İran İnqilab Qvardiyasının eks-komandiri seçkilərdə iştirak üçün qeydiyyatdan keçib

Dünya xəbərləri Materials 8 May 2009 15:49 (UTC +04:00)
İran İnqilab Qvardiyasının eks-komandiri seçkilərdə iştirak üçün qeydiyyatdan keçib

İran İnqilab Qvardiyasının sabiq komandiri Möhsün Rezayi prezident seçkilərində iştirak etmək üçün rəsmi olraq İran Daxili İşlər Nazirliyində qeydiyyatdan keçib.

"Ölkədə baş alan gedən iqtisadi böhranın qarşısını almaq üçün prezidentliyə namizədliyimi irəli sürmüşəm. Ölkədə iqtisadi sahədə ciddi dəyişikliklərə ehtiyac var", - Rezayi qeydiyyatdan sonra jurnalistlərə deyib. O əlavə edib ki, məqsədlərə çatmaqda koalisiya hökuməti yardım edə bilər. Bu barədə Mehr informasiya agentliyi məlumat verib. 

"Biz verdiyimiz vədlərə əməl edəcəyik", - Rezayi əlavə edib.

Rezayi İranda prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçən tanınmış siyasi xadimlərdən birincisidir. İran Məşvərət Şurasının üzvü olan Rezayi Mühafizəkarların düşərgəsindən ilk namizəddir. Əks düşərgə olan İslahatçılardan namizədliyini Milli Etimad Partiyasının sədri, eks-spiker Mehdi Kərrubi və sabiq Baş nazir Mirhüseyn Musəvi irəli sürüb. Mayın 5-də İranın seçki komissiyasında prezidentliyə namizədlərin rəsmi qeydiyyataalma prosesinə start verilib. Namizədlərin qeydiyyata alınması mayın 9-da başa çatacaq, Mehr agentliyi xəbər verir. Qeydiyyat hər gün saat 08:00-dan 16:00-dək keçiriləcək.

İranda prezident seçkiləri dörd ildən bir keçirilir. Nəzarət Şurası təsdiq etdikdən sonra namizədlər seçki prosesində iştirak edə bilər. Prezident seçilən şəxs ali dini rəhbər tərəfindən təsdiq ediləndən sonra status ala bilər. Ali dini rəhbərdən sonra ölkənin ikinci adamı olan prezident bütün icra aparatına nəzarət edir, daxili və xarici siyasəti təyin edir.

2005-ci ilin yayında İran Prezidenti seçilən Mahmud Əhmədinejad hələ ki, rəsmi olaraq prezident seçkilərində namizədliyini irəli sürməyib.

Xəbər lenti

Xəbər lenti