Fələstin hökumətinin rəsmi nümayəndələri muxtariyyət Prezidenti Mahmud Abbasın yaxın bir neçə saat ərzində Səlim Fəyyadın başçılığı altında yeni hökumətin formalaşdırılmasını elan edəcəyini təsdiqləyiblər. Məlumatı Sin-Xua agentliyi yayıb.
Yeni hökumətin tərkibi yerli vaxtla saat 6-da elan ediləcək, agentlik məlumat verib.
Keçmiş Baş nazir Fəyyad FƏTH və HƏMAS arasında milli Fələstin dialoqu bərpa olunandan sonra istefa vermişdi.
Dialoqun beşinci raundu şənbə günü Qahirədə başlayıb. Tərəflərin milli Fələstin hökuməti yaratmağa can atdıqlarını bildirmələrinə baxmayaraq, bazar ertəsi HƏMAS birgə təhlükəsizlik orqanının yaradılması prosesində iştirakdan imtina edib.