İran İslam Respublikasının rəhbəri Ayətullah Xamenei əfv fərmanı imzalayıb. Bu barədə MEHR xəbər agentliyi məlumat verib.
Fərman İranın Xorrəmşəhr şəhərinin işğaldan azad olunmasının 27- ci il dönümü münasibətilə imzalanıb. Fərmanda İran Silahlı Qüvvələrinin zabit və əsgər heyətlərindən məhkum olunmuş 80 nəfərin bağışlanılması və ya cəzasının yüngülləşdirilməsi nəzərdə tutulur.