...

İranın Zahidan şəhərində partlayış zamanı 5 nəfər ölüb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 1 İyun 2009 14:32 (UTC +04:00)
İranın Zahidan şəhərində partlayış zamanı 5 nəfər ölüb (ƏLAVƏ OLUNUB)

İranın Zahidan şəhərində partlayış zamanı 5 nəfər ölüb.

"Mehr" institutunun maliyyə və kredit şöbəsinə terror hücumu zamanı beş nəfər həlak olub", - PRESS TV xəbər verir. Ölənlərin hamısı institutun əməkdaşlarıdır.

Bazar günü İranın cənub-şərqində, Zahidan şəhərində sünnilərlə şiələr arasında qarşıdurmalar baş verib. Nəticədə onlarla insan zərər çəkib. "Polis hadisələrə aidiyyatı olan bir neçə nəfəri həbs edib", - Mehr agentliyinə polis rəisinin müavini Əhməd Reza Radan məlumat verib. "Şəhərdəki təhlükəsizlik bərpa edilib, biz durumu nəzarət altına almışıq", - Radan deyib.

Zahidanda iğtişaşlar şiə məscidindəki partlayışdan beş gün sonra başlayıb. Hadisə nəticəsində 25 nəfər olmüş, 125 nəfər yaralanmışdı. Partlayışa görə məsuliyyəti Pakistanda yerləşən "Condullah" təşkilatı öz üzərinə götürüb. Təşkilat bildirib ki, bu partlayış iyunun 12-nə təyin edilmiş prezident seçkilərindən qabaq ölkədəki sabitliyi pozmaq üçün edilib.

Xəbər lenti

Xəbər lenti