...

İsrail və ABŞ məskunlaşma məsələsini həll edəcəklər

Dünya xəbərləri Materials 5 İyun 2009 15:07 (UTC +04:00)

Rəsmi Vaşinqton əmindir ki, ABŞ və İsrail məskunlaşma məsləsinə aid ümumi strategiya işləyib hazırlaya biləcəklər". Bu barədə Obama administrasiyasının nümayəndəsi  Jerusalem Post qəzetinə müsahibəsində bildirib.

"Hər iki tərəf bu məsələ üzrə peşəkar və konstruktiv dialoq aparmağa qadirdir", - deyə mənbə Obamanın Qahirədəki çıxışından sonra bəyan edib. "Aramızda fikir ayrılıqları mövcuddur, lakin mən əminəm ki, biz eyni məxrəcə gələcəyik", - o deyib. 

"Hazırda biz bu məsələ üzərində fəal çalışırıq", - yüksək rütbəli mənbə şərhini tamalayaraq bildirib.

Xəbər lenti

Xəbər lenti