...

Mehdi Kərrubinin evinin qarşısında onunla eyni düşərgədən prezidentliyə namizəd Musəvinin tərəfdarları mitinq keçirib

Dünya xəbərləri Materials 5 İyun 2009 16:38 (UTC +04:00)

İranda İslahatçılar düşərgəsindən olan prezidentliyə namizəd Mir Hüseyn Musəvinin tərəfdarları həmin düşərgədən olan digər namizəd Mehdi Kərrubinin evinin qarşısında mitinq keçirib. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb. Mitinq iştirakçıları Kərrubinin Musəvinin xeyrinə seçkilərdən kənarlaşmasını tələb edir.

"Bir neçə gündür ki, Musəvinin tərəfdarları Kərrubinin evinin qarşısında mitinq keçirir və onun seçkilərdən kənarlaşmasını tələb edirlər", - deyə İranın sabiq Prezidenti Məhəmməd Xatəminin müavini və Kərrubinin müşaviri Məhəmməd Əli Əbtəhi bildirib.

Əbtəhi bəyan edib ki, Kərrubi yaranmış vəziyyətlə bağlı narazılığını bildirib.

Xəbər lenti

Xəbər lenti