...

İran polisi prezidentliyə namizədlərin tərəfdarlarına xəbərdarlıq edib

Dünya xəbərləri Materials 8 İyun 2009 17:25 (UTC +04:00)

"İran polisi prezidentliyə namizədlərin tərəfdarlarına xəbərdarlıq edib və bildirib ki, öz aralarında münaqişələrə başlayarlarsa, onlara qarşı ciddi tədbirlər görüləcək", - İranın Mehr informasiya agentliyi məlumat verir.

"Bu günə qədər namizədlərin tərəfdarlarının mitinqləri bizə ciddi problemlər yaratmayıb. Polis belə tədbirlərdə tam sabitliyi təmin edir", - Tehran polisinin özbaşınalıqlarla mübarizə üzrə şöbəsinin komandiri general Muhsin Beyqi deyib.

O, məlumat verib ki, son zamanlar prezidentliyə namizədlərin tərəfdarları arasında bir sıra qarşıdurmalar qeydə alınıb.

İran mətbuatının məlumatına görə, son zamanlar prezidentliyə namizədlərin tərəfdarları arasında bir sıra qarşıdurmalar baş verib ki, bunların da nəticəsində bir neçə nəfər dünyasını dəyişib. Həmçinin seçici plakatları və seçki dairələrinin yandırılması barədə məlumat verilib.

İranda prezident seçkiləri iyunun 12-nə təyin edilib. Prezidentliyə namizədlər bunlardır: hazırkı Prezident Mahmud Əhmədinejad, Milli İnam İslahat Partiyasının sədri Mehdi Kərrubi, mülayim baxışlı siyasətçi, 1981-1989-cu illərdə İranın Baş naziri postunu tutmuş Mir Hüseyn Musəvi və İslam İnqilabı Qvardiyasının sabiq başçısı Möhsün Rezayi.

Xəbər lenti

Xəbər lenti