...

İran prezidentliyinə namizəd Əhmədinejadı işfa etməklə hədələyir

Dünya xəbərləri Materials 8 İyun 2009 17:35 (UTC +04:00)

"İran prezidentliyinə namizəd, "Etemad Melli" partiyasının sədri Mehdi Kərrubi deyib ki, prezident Əhmədinejadın maliyyə pozuntuları barədə sənədləri açıqlayacaq", - İranın Mehr informasiya agnetliyi məlumat verir.

Onun sözlərinə görə, seçkiqabağı atmosferdə böyük gərginlikdən qaçmaq üçün o, bu sənədləri gələn həftə, seçkilərdən sonra öz qəzetində çap edəcək.

Kərrubi bildirib ki, onun əlində Əhmədinejadın Ərdəbil şəhərinin meri olduğu zaman milyardlarla tümən məbləğində maliyyə pozuntularına yol verməsi barədə məlumatlar var. Kərrubinin sözlərinə görə, o, bu sənədləri "Etemad Melli" (partiya ilə eyniadlı) qəzetində açıqlayacaq.

Xəbər lenti

Xəbər lenti