...

Əsas hədəfimiz Avropa İttifaqına üzv olmaqdır – Türkiyə Prezidenti

Dünya xəbərləri Materials 27 İyun 2009 13:39 (UTC +04:00)
Əsas hədəfimiz Avropa İttifaqına üzv olmaqdır – Türkiyə Prezidenti

Türkiyə Prezidenti Abdulla Gül Çinə rəsmi səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəsinin əsas hədəflərindən biri Avropa İttifaqına tamhüqüqlü üzv olmaqdır. Bu barədə Türkiyənin Anadolu İnformasiya Agentiyi məlumat verib.

"Əsas hədəflərimizdən biri də Aİ-yə tamhüqüqlü üzv olmaqdır", - Gül bildirib.

Trend -un arayışı: Türkiyə ilə Aİ arasındakı əlaqələr 1964-cü ildə imzalanmış Ankara müqaviləsi ilə qurulub. Aİ 2002-ci ildə müəyyənləşdirdiyi Kopenhagen meyarlarının Türkiyənin üzvlüyü üçün əsas olduğunu bildirmişdi. Bu tarixdən başlayaraq, Türkiyə tərəfi bu meyarlara uyğun ciddi hüquqi, siyasi və iqtisadi islahatlar həyata keçirib. 2005-ci ildən Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı tərəflər rəsmi müzakirələrə başlayıb. Son bir ildə Türkiyənin Yaxın Şərq və Qafqaz siyasətində daha da fəallaşdığına baxmayaraq, bəzi ekspertlər Aİ-yə üzvlük üçün islahatların həyatakeçirilmə prosesində ciddi durğunluq olduğunu hesab edirlər.

Xəbər lenti

Xəbər lenti