İnsan Haqları Beynəlxalq Federasiyası İrandakı Bəhai məhbusların taleindən narahtdır

Dünya xəbərləri Materials 11 İyul 2009 18:55 (UTC +04:00)

İnsan Haqları Beynəlxalq Federasiyası Bəhai İcmasının hazırda həbsdə olan və Tehranın İnqilab Məhkəməsinin 28 saylı Bölməsində məhkəmələri 11 və ya 13 iyul 2009-cu ilə təyin olunmuş yeddi üzvünün taleyindən dərin narahatlığını ifadə edir.

Xanım Fariba Kamalabadi, cənab Camaləddin Xancani, cənab Əfif Nəimi, cənab Səid Rzayi, cənab Behruz Təvəkküli və cənab Vahid Tizfəhm bir ildən çoxdur ki, həbsdə saxlanılırlar. Onlar 14 may 2008-ci ildə Tehranda İranın Kəşfiyyat Orqanının agentləri tərəfindən həbs olunmuşlar. Həmin qrupun digər üzvü xanım Məhvəş Sabiti  2008-ci ilin mart ayında Məşhəddə həbs olunmuşdu.  Hazırda ölkədən xaricdə olan xanım Şirin İbadi və bu yaxınlarda həbsə alınan cənab Əbdülfəttah Sultani bu işin hüquqi məsləhətçisidirlər.

İnsan Haqları Beynəlxalq Federasiyasının mətbuat xidmətindən Trend -a verilən məlumata görə, Fedrasiya yeddi Bəhainin həbsini özbaşınalıq kimi qiymətləndirir və onların dərhal azadlığa buraxılmasına təkrarən təkidlə tələb edir.

İnsan Haqları Beynəlxalq Federasiyası İran İslam Respublikasının hakimiyyət dairələrindən təkidlə istəyir ki, onların əleyhinə yürüdülən ittihamlar barədə məlumat yaysın. "Biz həmçinin İran hökumətindən təkidlə istəyirik ki, proses  açıq şəkildə, qərəzsiz və müstəqil məhkəmə qarşısında aparılsın. Ədalətli məhkəmə, o cümlədən açıq məhkəmə iclası, dini inam əsasında ayrıseçkiliyin qadağan edilməsi və dini azadlıq hüququ Beynəlxalq Vətəndaş və Siyasi Hüquqular Convensiyasında təsbit olunmuşdur və İran da bunu ratifikasiya etmişdir".

Xəbər lenti

Xəbər lenti